Şahin Diniyev: "Bilirik ki, bu da çox çətin olacaq"

18.03.2017 | 3633 dəfə oxunub

“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt”la görüşümüz çətin olacaq”. Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, Premyer Liqanın 23-cü turunda “Sumqayıt”la keçiriləcək oyun haqda fikirlərini bildirib:

“Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.  

Bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu saat 16:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail