"Xoşagəlməz hadisələrin baş verməməsi üçün hakimlərə yaxınlaşdım"

18.03.2017 | 3470 dəfə oxunub

"Ardıcıl məğlubiyyətlərdən sonra Gəncə səfəri çətindir. Oyunun taleyini bir qolun həll edəcəyini əvvəlcədən də təxmin edirdik. Belə meydanda oynamaq çətindir. Gəncəyə gələn rəqiblərin ikidən çox qol vurduğunu görməmişəm. Kombinasiyalı oyun oynamaq çətindir".

Stadium.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 23-cü turunda  "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Sumqayıtda oynayanda 3:1 hesabı ilə qalib gəlmişdik. Əvvəlcədən də bilirdik ki, burda futbol oynaya bilməyəcəyik. Əsas hədəfimiz o idi ki, səhv etməyək. Bayramla əlaqədar 3-4 günlük fasilə verəcəyik, ondan sonra "Neftçi" ilə oyuna hazırlaşacağıq. Getdikcə vəziyyətimiz çətinləşir. Turnir cədvəlində rəqiblər bir-birinə yaxınlaşıb. Bu, bizə sərf etməsə də, amma hələ heç nə bitməyib. Vəziyyətimizi düzəltməyə çalışacağıq".

Daha sonra S.Abasov jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyun bitəndən sonra hakimlərə yaxınlaşıb nə deyirdiz?

-Stadionu tərk edirdim, gördüm ki, futbolçularım hakimə nəsə deyir. Xoşagəlməz hadisələrin baş verməməsi üçün hakimlərə yaxınlaşdım və futbolçularımı oradan uzaqlaşdırdım.
 
- Oyun zamanı aqressiv görünürdüz və rəqib futbolçulara qarşı xoşagəlməz ifadələr işlədirdiz. Bu nə ilə bağlı idi?

- Sözün düzü, xoşagəlməz sözlər işlətməmişəm. Əgər siz kənardan göstərişlər verən məşqçiyə aqressiv deyirsizsə, bu sizin şəxsi işinizdir. Rəqib futbolçulara iradım var idi. Həddindən artıq vaxt aparırdılar. Lazımsız yerdə yıxılmaqları, meydanda sürünməkləri heç də yaxşı hal deyil. Sumqayıtdakı oyunda top kənara çıxanda mən tez rəqib futbolçulara verirdim ki, vaxt getməsin. Topdaşıyan uşaqlar topu gec verirdilər. Futbolçu topu görür, amma gec götürürdü. Bu cür bizi udmaq istəyirlərsə, bu da qələbə qazanmağın bir növüdürsə, onları təbrik edirəm. Amma biz belə hallara heç vaxt yol vermərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail