Nizami Hacıyev: "Prosineçkiyə sübut etmək istəyirəm ki..." - MÜSAHİBƏ

19.03.2017 | 1795 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" öz meydanında "İnter"i 2 - 1 hesabıyla məğlub edib. Stadium.Az xəbər verir ki, oyundan sonra "İnter"in kapitanı, komandanın yeganə qolunun müəllifi Nizami Hacıyev əməkdaşımızın suallarını cavablandırıb:

- Yaxşı, baxımlı oyun keçdi. “Neftçi” yaxşı qollar vurdu, bizim yaxşı şanslarımız oldu. Əfsuslar olsun ki, şanslarımızdan maksimum istifadə edə bilmədik və məğlub olduq. Mən deyərdim ki, oyunda ədalətli nəticə heç-heçə olardı. Amma bu gün idman xoşbəxtçiliyi “Neftçi”nin tərəfində idi və bu qələbə münasibəti ilə rəqibi təbrik edirəm.

-  “Neftçi”nin oyununda hansısa dəyişiklik görürsənmi?

- Etiraf etmək lazımdı ki, bu gün “Neftçi” çox yaxşı futbol oynayır. Bunu sizə futbolçu kimi deyirəm, “Neftçi”nin gücünü meydanda hiss edirəm. Düzdü, çox da güclü deyildilər. Amma nəticələri göz qabağındadır. İnkişaf var və “Neftçi” ötən ilki komanda deyil.

- “Neftçi” bu gün 80 illik yubileyini qeyd etsə də, tribunalar yenə boş idi...

- Bizdə həmişə belə olub. 180 illik yubiley də olsa, belə olacaq. Əfsuslar olsun ki, biz meydançalarda azarkeşsiz mübarizə aparırıq. Biz də istəyərik ki, azarkeşlər meydanda olsun, dəstək versinlər.

- Bu məğlubiyyətdən sonra “İnter”in Avrokubok şansı azalmır?

- Deməzdim. Sadəcə, bizə bir və ya iki oyun qələbə lazımdı ki, bunu da əldə edəcəyik.

- Bu gün də qol vurdun. Sanki milliyə dəvət almamağın sənə daha yüksək motivasiya verib...

- Baş məşqçinin dəvət göndərməməsi göstərir ki, hələ hazır deyiləm. Və mən də Prosineçkiyə sübut etmək istəyirəm ki, hazıram. Hər şey göz qabağındadı, nə edim?! Mən özümü sübut etməyə hazıram və edəcəm də.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.06.2020

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ