Qurban Qurbanov: " “Zirə” – “Qarabağ”yaxınlığına görə sübut olunası bir şey yoxdur"

20.03.2017 | 3566 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda “Zirə”yə qarşı oyunundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı. “Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qaldım. Bundan sonra futbolçularımız millinin düşərgəsinə gedəcəklər, onlara uğurlar arzu edirəm.

- Fasilə ərəfəsində yoxlama oyunu keçirməyi düşünmürsünüz?

- Ən azı 1 oyun oynamağa çalışacağıq. Amma tam heyətlə olmayacağıq. Çalışacağıq ki, əvəzedici komandadan futbolçular götürüb, 1 yoxlama oyunu keçirək.

- “Qarabağ”ın futbolçuları Almaniya ilə oyunda milliyə nə qədər xeyir verə bilərlər?

- Məncə, Əfran yaxşı oynadı, amma son dəqiqələrdə yoruldu. Əfranın göstərdiyi oyundan çox razı qaldım. Ümumilikdə, futbolçularımın durumu pis deyil, özünüz gördünüz. Düşünürəm ki, futbolçularım milliyə xeyir verə biləcəklər.

- “Zirə” bu  gün yaxşı mübarizə apardı. Bəlkə “Zirə” “Qarabağ”a yaxın olmadığını sübut etmək istəyirdi...

- “Zirə” – “Qarabağ”yaxınlığına görə sübut olunası bir şey yoxdur. Bizdən də yaxın komandalar olub və biz bunu heç vaxt qabartmamışıq. Düşünmürəm ki, “Qəbələ” xal itirdiyinə görə futbolçularımda arxayınlıq var idi. Oyunlarımızın sayı azalır. Bundan sonra da hər matçda qələbə qazanmağa çalışacağıq. Yenə deyirəm, hamının qarşısında başımız ucadır, heç kimdən utanmırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail