"Xəzər Lənkəran" da "Neftçi"nin müdafiəsinə qalxdı

24.11.2011 | 8787 dəfə oxunub

"Neftçi" klubunun öz oyunlarına xaricdən hakim dəvət edilməsi iəklifinə bu komandanın əzəli rəqibi "Xəzər Lənkəran" da münasibət bildirdi. Stadium.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Tuyqun Nadirov əməkdaşımıza açıqlamasında bildirib. Nadirov bu məsələ və "Qəbələ" - "Neftçi" görüşünün hakim idarəçiliyi barədə bunları danışdı:  "Hərənin, hər klubun bu barədə öz fikri ola bilər. "Xəzər Lənkəran" klubu olaraq "Neftçi"nin bu təklifinə hörmətlə yanaşırıq. Bir müddət əvvəl biz də buna oxşar təklif irəli sürmüşdük. Ancaq bu gün üçün düşünürük ki, xaricdən hakimlərin gəlməsi Azərbaycan futboluna heç bir kömək etməyəcək. Hazırda Azərbaycanda yetərincə təcrübəli və gənc hakim var. Sadəcə, onları oyunun çəkisinə görə düzgün yerə təyin etmək lazımdı. Məsələn, "Xəzər Lənkəran" - "Neftçi" oyununa elə hakim təyin olunmalıdır ki, o referi bu görüşün çəkisini başa düşsün, oyundan çıxa bilsin.

"Neftçi" - "Qəbələ" oyununda hakim səhvlərinə gəlincə, deməzdim ki, orada hakim bilərəkdən səhvlər etdi. Sadəcə, yanlış qərarlar verdi. Burada söhbət hakimin qərəzliliyindən yox, oyunu aşağı səviyyədə idarə etməsindən gedir. Yəni o oyunun hakimi o olmamalı idi. Daha təcrübəlisi lazımıydı. O oyuna televiziyadan tam baxdım. Sadəcə hakim o oyunluq deyildi. Referi elə startdaca matçın ipini əldən buraxmışdı, sonadək də, yığa bilmədi".   



  #1   Adınız: Nasib;   E-mail: ---

25.11.2011 00:45

Bu insan Xezerden getmese Xezer duzelen deyil..

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail