AZAL – “Qəbələ” oyununun yubileyləri

22.03.2017 | 588 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL – “Qəbələ” oyunu yubileylərlə zəngin olub. Stadium.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə 5 müxtəlif yubiley gerçəkləşib.

Hər komandanın bir üzvü ölkə çempionatında 150-cı matçına çıxıb. AZAL-da debüt edən Bəxtiyar Soltanov və “Qəbələ”nin qışda sıralarına qatdığı Rasim Ramaldanov bu görüşədək 149 çempionat matçı keçirmişdi. Rasim 150 matçda 3 qol vurub. Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran” və “Sumqayıt”da oynamış müdafiəçi 4-cü klubunun heyətində 150-yə çatıb.

mövsüm

klub

oyun

qol

2008/09

Simurq (Zaqatala)

8

0

2009/10

Simurq (Zaqatala)

11

0

2010/11

Simurq (Zaqatala)

20

0

2011/12

Simurq (Zaqatala)

24

2

2012/13

Simurq (Zaqatala)

24

0

2013/14

Xəzər Lənkəran

20

0

2014/15

Xəzər Lənkəran

23

1

2015/16

Xəzər Lənkəran

7

0

2015/16

Sumqayıt

9

0

2016/17

Qəbələ

4

0

Cəmi

 

150

3

150 oyunda 19 dəfə fərqlənən Soltanov isə daha çox klubda çıxış edib. AZAL onun Premyer Liqada 7-ci komandasıdır. Bunadək isə Bəxtiyar “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Qəbələ” və “Simurq”da da oynayıb.

mövsüm

klub

oyun

qol

2007/08

Bakı

6

0

2008/09

Bakı

7

7

2009/10

Bakı

25

3

2010/11

Bakı

13

0

2011/12

Qarabağ (Ağdam)

26

1

2012/13

Kəpəz (Gəncə)

11

2

2012/13

Simurq (Zaqatala)

3

0

2013/14

Rəvan (Bakı)

2

0

2014/15

Qəbələ

21

2

2015/16

Kəpəz (Gəncə)

35

4

2016/17

AZAL (Bakı)

1

0

Cəmi

 

150

19

Bu iki yubileylə yanaşı, qarşılaşmada daha üç əlamətdar hadisə yaşanıb. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasını Premyer Liqada 75-ci matça çıxarıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”a rəhbərlik edən ukraynalının yetirmələri bu oyunlarda 40 qələbə qazanıb, 21 heç-heçə edib və 14 dəfə uduzub. “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı bütün turnirlərdə ümumilikdə 100-cü dəfə “qırmızı-qaralar”ın formasını geyinib. O, bu matçlarda 76 top buraxıb. AZAL-la matçda hesabı açan Tellur Mütəllimov isə “Qəbələ”nin Premyer Liqada 400-cü qoluna imza atıb. Bu, 331-ci görüşə təsadüf edib.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2017

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ