AFFA bilet qalmaqalıyla bağlı bəyanat yayıb

28.03.2017 | 3014 dəfə oxunub

AFFA DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Almaniya matçı vaxtı baş verən bilet qalmaqalı ilə bağlı bəyanat yayıb.

Stadium.Az xəbər verir ki, bəyanat qurumun "Facebook" səhifəsində yerləşdirilib.
 
Bəyanatda bunlar yazılıb:

“Milli komandamızı dəstəkləyən bütün azarkeşlərə bir daha dərin təşəkkürümüzü bildirir və məlumat üçün qeyd edirik ki, onlayn bilet satışına 10 yanvar və bilet satış məntəqələrində satışa 1 fevral tarixindən start verilmişdi. Azarkeşlərin rahatlığı üçün şəhərin müxtəlif yerlərində bilet satış məntəqələri fəaliyyət göstərirdi. Azarkeşləri biletləri tez almağa stimullaşdırmaq üçün mütəmadi olaraq rəsmi sayt və "Facebook" səhifəsi vasitəsilə bilet satış məntəqələri və biletlərin satışı haqda məlumat verilirdi. Oyuna bir gün qalmış bütün biletlərin satıldığı elan olunmasına baxmayaraq oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun ətrafında çoxsaylı biletsiz azarkeşlər var idi. Həmin azarkeşlər isə bileti olanların stadiona sərbəst və rahat girişinə maneçilik törədirdi. Ancaq buna baxmayaraq bileti olan bir qrup azarkeşin stadiona girişində gecikmələr olsa da, kiminsə bayırda qalması faktı qeydə alınmayıb. 


Azarkeşlərin stadiona tez gəlməsi və stadionda vaxtlarını səmərəli keçirmələri üçün azarkeş zonaları təşkil edilir. Həmçinin azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün oyun biletində stadiona 2 saat öncədən gəlmələri barədə məlumat göstərilib. Gələcəkdə bu cür neqativ hallarla rastlaşmamaq üçün oyun biletinin üzərində də qeyd edildiyi kimi oyuna 2 saat qalmış stadiona gəlməyinizi və yalnız biletinizdə qeyd edilən yerlərdə əyləşməyinizi xahiş edirik”.
 
Azərbaycan – Almaniya görüşündən (1:4) sonra bəzi insanların bileti ola-ola oyuna stadiondan baxa bilmədiyi aşkarlanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail