Dmitri Nazarov: "Çempionlar Liqasında oynamalı olduğumu deyə bilmərəm"

29.03.2017 | 2849 dəfə oxunub

"Bu, həm özüm, həm də bütün Azərbaycan üçün inanılmaz an idi. Mobil telefonum gurultulu təbriklərdən az qala partlayırdı".

Stadium.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında vurduğu qolu şərh edərkən deyib.

O, bildirib ki, Bundestimə qarşı qorxaq oyun sərgiləsəydilər, qol vurmaları zaman məsələsi ola bilərdi: "Topa tez-tez nəzarət edirdik. Çox yaxşı oynadıq və topu yaxşı saxladıq. Sadəcə, belə rəqiblə görüşdə buraxdığımız hər səhvə görə cəzalandıq. Səhvlərə yol verməsəydik, fasiləyə bərabərliklə yollana bilərdik. İstənilən halda öz gücümüzü bu cür oyunlarda bilərik. Almaniya ilə matç göstərdi ki, Azərbaycan doğru yoldadır".

İkinci Bundesliqada "Aue" klubunda çıxış edən 27 yaşlı hücumçunu qarşıda "Sankt-Pauli"yə qarşı oyun gözləyir. Nazarov bu görüşü autsayderlikdən qurtulma anlamında vacib sayıb.

O, daha yaxşı klublarda çıxış etməli olduğuna dair sualı isə belə cavablandırıb: "Yalnız Almaniyaya qol vurmuşamsa, Çempionlar Liqasında oynamalı olduğumu deyə bilmərəm. Hazırda mən öz klubumu düşünürəm".

18 komandanın mübarizə apardığı Almaniya II Bundesliqasında 25 turdan sonra "Ertsgebirge Aue" 23 xalla 17-ci pillədə qərarlaşıb. "Sankt-Pauli" isə 25 xalla 15-cidir. İki komanda arasındakı görüş martın 31-də Aue şəhərində keçiriləcək 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail