"İnter" - "Qəbələ": Kimlər oynamayacaq?

29.03.2017 | 3246 dəfə oxunub

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter" "Qəbələ"ni qəbul edəcək. Stadium.Az xəbər verir ki, komandaların heyətində müəyyən itkilər var.

"İnter"in qapıçısı Səlahət Ağayev zədə səbəbindən bu vacib qarşılaşmanı buraxacaq. Yarımmüdafiəçi Fuad Bayramov sarı vərəqə limitini doldurduğundan cəzalı duruma düşüb. Müdafiəçi Abbas Hüseynov isə qripə yoluxub. Onun da "Qəbələ" ilə görüşü buraxacağı gözlənilir.

"Qəbələ"də isə bir müddətdir zədədən əziyyət çəkən Vitali Vernidubun meydana çıxmayacağı dəqiqdir. Tellur Mütəllimov və Elvin Camalov zədəsini sağaltsa da, sabahkı oyunda iştirak edib-etməyəcəkləri sual altındadır. Hələlik onlar fərdi məşqlər edirlər.

"İnter Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail