Rövnəq Abdullayev "Qarabağ"ın istəyini rədd edib

25.11.2011 | 5900 dəfə oxunub

Ağdamın «Qarabağ» klubunun Suraxanı qəsəbəsi stadionunu uzun müddətə icarəyə götürmək cəhdləri nəticəsiz qalıb.

Stadium.az xəbər verir ki, «Qarabağ» bir ildir ki, Dövlət Neft Şirkətinin balansında sözügedən arenanı 20-25 illiyinə icarəyə götürərək orada əsaslı yenidənqurma işləri aparmaq, müasir tələblərə cavab verən stadion və baza tikmək istəyir.

Bununla əlaqədər klubun rəhbərliyi ARDNŞ prezidenti və AFFA rəhbəri Rövnəq Abdullayevə müraciət edərək ondan müsbət cavab alıb. R.Abdullayev məsələnin həlli üçün şirkətin icarə işləri ilə məşğul olan Sosial İnkişaf İdarəsinə göstəriş versə də, bu idarə neçə aydır ARDNŞ rəhbərinin tapşırığına əməl etmir. Əldə etdiyimiz məlumata görə, idarədən «Qarabağ»a göndərilən məktubda qeyd olunub ki, sözügedən stadion kluba cəmi bir illiyinə icarə verilə bilər.

Təbii ki, bu cavab «Qarabağ» klubunu qane etməyib.

Bu səbəbdən onlar məsələylə əlaqədar «Neftçi» İdman Sağlamlıq Mərkəzinin rəhbəri və Rövnəq Abdullayevin qohumu olan Sadıq Sadıqova müraciət edərək ondan kömək istəyiblər. S.Sadıqov məsələnin həllinə yardımçı olacağını deyib.

«Qarabağ»ın direktoru Əmrah Çəlikəl isə müxbirimizlə söhbətində Rövnəq Abdullayevin bu məsələdə kluba yardımçı olmaq istədiyini söyləyib: «Sağ olsun Rövnəq müəllim, həmişə olduğu kimi, bu dəfə də bizim bununla bağlı müraciətimizə həssaslıqla yanaşdı və məsələylə əlaqədar ARDNŞ-in müvafiq qurumlarına göstəriş verəcəyini söylədi. Amma orada müqavilə məsələlərinə baxan idarədən müsbət cavab ala bilmirik. Onlar stadionu bizə bir illiyinə icarəyə verir. Onsuz da biz hər mövsümün əvvəlində Suraxanı stadionunu bir il müddətinə icarəyə götürürük. Amma müddət qısa olduğundan orada istədiyimiz işləri həyata keçirə bilmirik».

Çəlikəl «Qarabağ»ın sözügedən arenanı 20-25 il müddətinə icarəyə götürərək ora sərmayə qoymaq istədiyini təsdiqləyib: «Biz bu müddətdə Suraxanı stadionunda baza və stadion tikə bilərik».

«Bəs, Suraxanı stadionunu uzun müddətə icarəyə götürmək istəyi o anlama gələ bilərmi ki, «Qarabağ» yenidən oyunlarını Quzanlıda deyil, Bakıda keçirsin?» Qol.Az-ın müxbirinin bu sualına cavab olaraq, Əmrah Çəlikəl deyib ki, klub mövsümün əvvəlində Peşəkar Futbol Liqasına göndərdiyi sifariş ərizəsində iki stadionun - Suraxanı və Quzanlıdakı arenaların adını qeyd edib: «Biz növbəti illərdə də hər iki stadionu sifariş edəcəyik. Oyunlarımızın bəzilərini Bakıda və digərlərini isə Quzanlıda keçirəcəyik» - deyə. Ə.Çəlikəl bildirib. 

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail