AFFA rəsmən açıqladı: "Zirə" Avrokuboklara buraxılacaq?

30.03.2017 | 3645 dəfə oxunub

AFFA "Zirə" ilə bağlı bəyanat yayıb. Stadium.Az qurumun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda bildirilir:

"UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir.  Bu qaydalardan biri "3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. 

Lisenziyalaşdırma mövsümü olaraq UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyun ayında start verilir.  Məlum olduğu kimi, Premyer Liqa yarışlarında çıxış edən "Zirə” FK 2014-cü il  iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış "Zirə” FK yuxarıda qeyd olunmuş qaydada qeyd olunan müddətdən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib. Yuxarıda qeyd olunduğu kimi, UEFA-nın klub yarışlarının mövsümün iyun ayında başlaması və "Zirə” FK-nın 2014-cü ilin iyul ayında təsis olunması nəzərə alınaraq, "Zirə” FK-nın növbəti mövsümə qədər olan fəaliyyəti UEFA qaydalarına əsasən 3 ildən az hesab olunur.  

Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə "Zirə” FK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Zirə” FK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, "Zirə” FK 2017-18-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir. 

Məlumatda həmçinin qeyd olunub ki, UEFA-nın qərarı "Zirə” FK-nın avtomatik UEFA lisenziyası alması anlamına gəlmir və "Zirə” FK növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən bütün sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir.   2017-18-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin may ayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail