"Bizim dəvət olunmamağımız indiki rəhbərliyin qazandığımız nəticələrin kölgəsindən, xofundan ayılmamağıdı"

01.04.2017 | 3779 dəfə oxunub

“Neftçi” futbol klubu 80 illik yubileyi ilə bağlı yığıncaq keçirib. Sözügedən yığıncağa komandanın xaricdə yaşayan veteran futbolçuları da dəvət olunsa da, “Neftçi”yə böyük uğurlar, Avropa Liqasının qrup mərhələsinə düşərək, tarix yazdıran rəhbərlik dəvət almamışdı. Bu da bir çox “Neftçi”  azarkeşləri tərəfindən birmənalı qarşılanmadı.

Məsələ ilə bağlı “Neftçi” klubunun keçmiş vitse-prezidenti, komandanın qazandığı uğurlarda pay sahibi olan Tahir Süleymanovla əlaqə saxladıq.

Açıqlamasında Süleymanov yığıncağa dəvət olunmamalarına belə şərh verdi:

“Həmin tədbirə kimlərin dəvət olunub-olunmamasını dəqiq bilmirəm. Əsas məsələ odur ki, belə vacib oyundan öncə “yeyib-içmək” məclisi düzəltməzlər. Bizim dəvət olunmamağımız indiki rəhbərliyin qazandığımız nəticələrin kölgəsindən, xofundan ayılmamağıdı. Bu, acizlikdir. 8 komandalı çempionatda güclə 5-ci yerə “yüksəlmiş” klub rəhbərliyi ilə yüz qram “vurmaq” həvəsində də deyildik. Biz “Neftçi”nin yubileylərini Milanda Moratti, Fiqu ilə qeyd edib, “San Siro”dan xalla qayıdanlardanıq. Əyləncə Mərkəzində əylənib, “Bakcell”də “Qarabağ”ın ikinci heyətinin qələbəsindən “paxmel” altında feyziyab olanlardan deyilik. Təsadüfi, kölgə psixologiyalı adamlardan tarix yazan olmaz. Heç olmasa, bizim qazandığımız nəticələrin 50 faizini əldə etsinlər, sonra bizimlə oturmaq şərəfinə layiq olub-olmadıqlarına baxarıq. Bizim yanımızda olmaq qalsın bir tərəfə, adımız gələndə də özlərini narahat hiss edirlər. Bir mövsümə bu qədər legioner dəvət ediblər. Sonda sponsora, azarkeşə, dəvət olunmayan jurnalistə, ictimaiyyətə hesabat vermək lazım gələcək. İndidən əylənirlər ki, sonra buna vaxtları olmayacaq. Çünki əylənənlər başqaları olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail