"Neftçi"nin qara gələn yubileyi

03.04.2017 | 4226 dəfə oxunub

Azərbaycan futbolunun ən köklü klubu olan “Neftçi” növbəti uğursuzluğa düçar olub. Stadium.Az xəbər verir ki, “ağ-qaralar”ın 2016/17 mövsümünü mükafatsız başa vuracağı qətiləşib.

Çempionatın bitməsinə tur 4 qalmışa qədər “Neftçi” 26 xalla 6-cı pillədə qərarlaşıb. “Ağ-qaralar” 26-cı turda “Sumqayıt”la səfər matçında 0:2 hesabı ilə uduzub. Bununla, xal hesabı 26-da qalan paytaxt klubu üçün “üçlük” əlçatmaz olub.

Üçüncü yerdə gedən “İnter”in 42 xal var. Bu isə o deməkdir ki, Elxan Abdullayevin komandası son dörd oyunda bütün matçlarda qalib gəlsə belə, bürünc medalı qazana bilməyəcək.

Qeyd edək ki, “Neftçi” sön dəfə  dörd mövsüm əvvəl (2012/13 mövsümündə) çempion olmaqla mükafat qazanıb.

Bundan başqa, “ağ-qaralar”ın bu mövsüm ölkə kubokunu qazanmaq şansı da az qala möcüzə kimi görsənir. Məsələ burasındadır ki, “Neftçi” kubokun ill yarımfinal oyununda öz meydanında “Qarabağ”a 0:2 hesabı ilə uduzub. Finala vəsiqə qazanmaq üçün onlar səfər matçında Ağdam klubuna ən azı 3 top fərqi ilə qalib gəlməlidir.

Əlavə edək ki, bu il “Neftçi” özünün 80 illik yubileyini qeyd edir. Yubiley ilində komandanın mükafatsız qalması haqlı olaraq narazılıq doğurur və komandanın çarı mövsümdəki çıxışı fiasko kimi dəyərləndirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail