"Zirə" və "Sumqayıt" Avrokuboklara gedərsə bu stadionda oynayacaq

03.04.2017 | 3295 dəfə oxunub

"Zirə" və ya "Sumqayıt" klubu futbol üzrə Avropa Liqasına vəsiqə qazanacağı təqdirdə, ev oyunlarını "Dalğa Arena"da keçirəcək. Stadium.Az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hər iki klub qitəmiqyaslı turnirdə iştirak üçün təqdim etdikləri lisenziyalaşma sənədlərində məhz Bakının Mərdəkan qəsəbəsindəki stadionu göstərib.

Zirə İdman Kompleksinin stadionunun beynəlxalq tələblərə cavab vermir. Sumqayıtdakı "Kapital Bank Arena"da isə indiyədək beynəlxalq oyun keçirilməyib.

Azərbaycan Premyer Liqasında sona 4 tur qalmış "Zirə" 31 xalla 4-cü, "Sumqayıt" isə 28 xalla 5-ci pillədə qərarlaşıb. "Zirə"nin 3-cü yeri tutma şansları qalsa da, "Sumqayıt" ən yaxşı halda mövsümü 4-cü pillədə başa vura bilər. "Neftçi" Azərbaycan Kubokunda finala yüksələrək, qalib ola bilməsə, Avropa Liqasına vəsiqələrə 2 - 4-cü pillələrin sahibləri yiyələnəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail