Tahir Süleymanov: "80-yaşlı köklü klubun borcudur ki, daimi nəticələr göstərsin və azarkeşlərini sevindirsin"
“UEFA-nın lisenziyalaşdırma tələblərindən biri azarkeşlərlə iş üzrə rəsmi klub koordinatorunun olmasıdır. Bu, ştatlı vəzifədir. Mövsümə 15-16 legioner dəvət edən və Avropaya can atan klub bunları nəzərə almalıdır. "Neftçi" kimi köklü klubdan isı deyirlər ki, “belə bir vəzifəyə ehtiyacımız yoxdur”. Bu, klubun azarkeş-fanata verdiyi əsl "dəyər"dir”.
Stadium.Az xəbər verir ki, bu sözləri açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib. O, komandanın bəzi fanatlarının ötən bazar günü “Sumqayıt”la oyunda səsləndirdiyi “istefa” şüarına görə klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyevin tutduğu vəzifədən uzaqlaşdırmasını tənqid edib.
Tahir Süleymanov deyib: “Belə görünür ki, tarixi anti-rekordların fonunda indiki "Neftçi"i rəhbərliyinə azarkeşlərin stadiona gəlməsi sərf etmir. Hətta UEFA bayrağı altında keçirilən görüşlərdə digər klub rəsmiləri ilə yanaşı azarkeşlərlə iş üzrə koordinatorun da fəaliyyəti UEFA nümayəndəsinin nəzarətində olur və əlaqələndirilir”.
Bəs, azarkeşin səsləndirdiyi istefa çağırışına görə klubun nümayəndəsinin vəzifədən çıxarılması peşəkarlıq və mənəvi baxımdan nə dərəcədə doğrudur?
Tahir Süleymanovun bu suala cavabı belə olub: "Neftçi" xalqın, azarkeşindir, kimlərinsə şəxsi klubu deyil. Heç kim cibindən "Neftçi"yə sponsorluq etmir. 80-yaşlı köklü klubun borcudur ki, daimi nəticələr göstərsin və azarkeşlərini sevindirsin. 8 komandalı çempionatdın yekununa 4 tur qalmış 14 (!) məğlubiyyət alan kluba cavabdeh şəxslər "istefa" sözünü eşitmədən özləri getməlidirlər.
3 ilə yaxındır dağıdıcı təfəkkürlə "Neftçi" kimi klubu idarə edənlər futbolu, mənəviyyatı, azarkeşi deyil, ancaq özlərini düşünürlər. Milyonlarla vəsaitin havaya sovurulmasına cavabı azarkeş-fanat deyil, "Neftçi"yə cavabdehlər verməlidir. Gede biabırçılığından sonra "Neftçi" tarixi uğurlar qazandığı dönəmdə belə mövsüm ərzində bu sayda legionerdən istifadə etməyib”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə Qol.az saytına açıqlamasında bildirib ki, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevin işdən çıxarılmanın istefa şüarı ilə bağlılı yoxdur: “Buna səbəb həmin vəzifəyə ehtiyac duyulmamağıdır. Ona görə də işdən kənarlaşdırdıq”. (qol.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |