"Neftçi"nin 3 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

05.04.2017 | 4641 dəfə oxunub


Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Neftçi” matça itkilərlə çıxacaq. Stadium.Az xəbər verir ki, “ağ-qaralar”ın 3 futbolçusu bu görüşü buraxacaq.

Ruslan Abışov və Pavel Dreksa zədədən əziyyət çəkir. Analoji səbəbdən Almaniya ilə oyunöncəsi millinin düşərgəsindən kənarlaşdırılan Abışov hələ də sıraya dönməyib. Təcrübəli futbolçu “Qarabağ”la ilk görüşdə olduğu kimi, yenə komandasına kömək edə bilməyəcək.   

Dreksa isə ölkə çempionatının XXIV turu çərçivəsində “Sumqayıt”la qarşılaşmada zədəsini təzələmişdi. Nəticədə o, 66-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Abışov kimi, Dreksa da böyük ehtimalla, “Qarabağ”a qarşı oynamayacaq.

Bundan əlavə, Namiq Ələsgərov da meydana çıxmayacaq. O, “Neftçi” və “Qarabağ” klubları arasındakı razılığa görə, bu görüşdə iştirak etməyəcək.

Aprelin 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 19:30-da start götürəcək. Bu komandaların ilk oyununda Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail