Qriqorçuk: “Qarabağ”la keçirəcəyimiz matç adi gün deyil"

06.04.2017 | 2691 dəfə oxunub

“Oyundan və nəticədən razıyıq. Qalib gəldik və finala yüksəldik. Hər şey yaxşıdır”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda öz meydanında “İnter”lə qarşılaşan əyalət klubu oyunda 2:0 hesablı qələbə ilə ayrılıb.

Ukraynalı mütəxəssis matç başa çatdıqdan sonra qarşılaşmanı dəyərləndirib: “İlk oyundakı 3:1 hesablı qələbəyə əsasən finala çıxdığımızı söyləmək olmazdı. Biz öncədən bu haqda danışa bilməzdik. “İnter” yaxşı komanda, ciddi və peşəkar rəqibdir. Ona görə də qarşılaşmaya ciddi hazırlaşmışdıq. “İnter”ə hörmətlə yanaşıram. Biz sıx qrafiklə oynayırıq. Bu səbəbdən də meydana funksional baxımdan daha yaxşı olan, digərləri ilə müqayisədə az çıxış edənləri buraxmışdıq. Hücumda fərqli oyunçulara şans verə bilərik. Onların durumunu, tələblərimizi yerinə yetirməsini nəzərə alırıq. Baqali Dabo uzun müddət buraxdığından tam hazır deyil. Daniel Subotiçin isə sistemimizə uyğun gəlməsi üçün vaxt lazımdır. Ümumilikdə isə ən hazırlıqlıları meydana buraxmaq prinsipimiz dəyişməyib. Bugünkü matçda bir sıra müsbət məqamlar gördüm. “Zirə” ilə ötən qarşılaşmamız isə 2 il yarım ərzində keçirdiyimiz ən yaxşı oyunlarımızdan biri idi. Lakin yaratdığımız imkanlardan qol vura və qalib gələ bilmədik. Amma oyun planında ideala yaxın məqamlar da izlədim. Teo Uiks bizə gələndə daha hücumameylli idi. Mən onu öz sistemimizdə dayaq yarımmüdafiəçisi kimi görürəm. Uiks buna uyğun çox şey bacarsa da, üzərində bir az da çalışmalıdır. Rəşad Eyubovun bugünkü oyununu pis adlandırmazdım. Sadəcə bacardığını etsə kifayətdir və artıq nə isə fikirləşməyə ehtiyac yoxdur”.

Təcrübəli çalışdırıcı çempionatdakı “Qarabağ”la oyun haqqında da danışıb: “Aprelin 9-da “Qarabağ”la keçirəcəyimiz matç adi gün deyil. Bir-iki matçı saymasaq, “Qarabağ”la bütün görüşlərimiz ciddi oyun, çempionatın bəzəyi olub. İstərdim ki, yenə belə olsun və qarşılaşmada qələbə qazanaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail