Elxan Məmmədovun futbol ictimaiyyətinə müraciəti

06.04.2017 | 2553 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə keçirilən seçkilərlə əlaqədar Azərbaycan futbol ictimaaiyyətinə müraciət edib.

Stadium.az xəbər verir ki, qurumun saytı vasitəsi ilə yayımlanan müraciətdə deyilir:

“Hörmətli futbol ailəsinin üzvləri. Bildiyiniz kimi,  AFFA-nın İcraiyyə Komitəsinin  iclasında mənim UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyim irəli sürülmüşdü. Ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşlərim oldu, seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.  

Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacağam. Konqresdə mənə səs verən 24  milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə məndən dəstəyini əsirgəməyən hər bir kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə, futbol ailəmizə dərin təşəkkürümü bildirirəm”.

E.Məmmədov namizədlər sırasında olsa da, UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail