Mahir Mədətov: "İki tur ardıcıl xal itirsək..."

10.04.2017 | 3435 dəfə oxunub

“Ağır oyun keçdi, çətin oldu bir az. Belə də gözləyirdik. Düzdü, qələbə qazanmaq istəyirdik, ancaq alınmadı”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Mahir Mədətov deyib.

 Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Qolsuz bərabərliklə başa çatan oyundan sonra ağdamlıların gənc futbolçusu matçla bağlı fikirlərini bölüşüb: “Məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Qabaqda hələ 3 tur var, boşalmaq olmaz. Bütün gücümüzü son oyunlarda qoymaq istəyirik. İndiki futbolda hər şey mümkündü. İki tur ardıcıl xal itirsək, “Qəbələ” də qalib gəlsə, heyif olar. Çalışacağıq ki, sonda peşma olmayaq”.

Mədətov “Qəbələ” ilə oynayacaqları ölkə kubokunun final oyunu haqqında verilə sualı belə cavablandırıb: “Kubok haqqında danışmaq üçün hələ tezdi. Qabaqdakı matçları düşünməliyik”.

Milli üzvü oyununun gedişində topun əlinə dəyib-dəyməməsi ilə bağlı yaranan mübahisəli epizodu da şərh edib: “Təkrara bir də baxacam, ancaq əlimə top dəydiyini ilk dəfə sizdən eşidirəm. Bilmirəm, bəlkə də mənim hissiyatım yoxdu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail