Dmitri Nazarov: "Çempionatla vidalaşmaq istəmirik"

10.04.2017 | 3527 dəfə oxunub

“Səbrli oynadıq. Bunun hesabına vacib qələbə qazandıq”. Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

27 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi “Aue” klubu II Bundesliqanın XXVIII turu çərçivəsində “Münhen 1860”a 3:0 hesabı ilə qalib gəlib. Start heyətində yer alan və 90 dəqiqə oynayan Nazarov komandasının iki qoluna imza atıb. O, 42 və 73-cü dəqiqələrdə penaltidən fərqlənib. 

Bu görüşlə bağlı alman mətbuatına açıqlama verən Nazarov II Bundesliqada qalmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib: “Son qələbə göstərdi ki, komandamız hələ yaşayır. Çempionatla vidalaşmaq istəmirik. Autsayderlər qrupundan uzaqlaşmaq üçün yaxşı şansımız var”.

“Aue” 28 turdan sonra 30 xal toplayıb və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail