"Qarabağ" və "Qəbələ" cərimələndi

11.04.2017 | 2998 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, komitə "Qarabağ" və "Qəbələ"ni cərimələmək qərarına gəlib.  Belə ki, “Qarabağ” – “Qəbələ” matçı başa çatdıqdan sonra hər iki tərəfin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri  üçün klublar 800 manat cərimələnib. 

Digər cəzalar aşağıdakı kimidir:

Əvəzedici heyətlərin XXV turunun “Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 56 №-li futbolçusu Sənan Əbilov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur .

Əvəzedici heyətlərin XXV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXV turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXV turunun “Zirə” – “İnter” matçının 69-cu dəqiqəsində “Zirə” klubunun 17 №-li futbolçusu Vüsal İsgəndərli hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

I Divizionun XXIII turunun MOİK – “Mil-Muğan” matçının 83-cü dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Hüseyn İsgəndərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

I Divizionun XXIII turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail