Qriqorçuk: "Rəqib bizdən güclü oldu”"

16.04.2017 | 3825 dəfə oxunub

“Kəpəz”i və məşqçisini təbrik edirəm. Onlar yaxşı və gözəl qələbə qazandılar. Bu gün rəqib bizdən güclü oldu”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar” 0:2 hesablı məğlubiyyətə üzülüb.

Oyun başa çatdıqdan sonra matç haqqında fikirlərini bölüşən ukraynalı mütəxəssis bunları deyib: “Bu, mövsümdə yeganə görüşdür ki, oyuna görə də rəqibə uduzduq. Bunu qəbul edib, analiz aparmaq, nəticə çıxarmaq lazımdır. Cari mövsümdə belə halla üzləşməmişdik. Məğlubiyyətin səbəblərindən biri psixoloji, emosional cəhətdən hazır olmamağımızdır. Bu vəziyyət qələbə üçün kifayət deyildi. Başa düşürdük ki, bizə yalnız qələbə lazımdır. Bəlkə də bu səbəbdən müəyyən qədər oyun alınmadı. Həm də “Kəpəz”in günü idi. Onlar sürətli, mübariz, həvəsli oynayırdı. Mövsümün gedişində hakimliklə bağlı problemlər olsa da, son matçlar da belə halla üzləşməmişik. Meydan ən yaxşı durumda olmasa da, o qədər də pis vəziyyətdə deyil ki, orda oynamaq olmasın. Uduzmağımız üçün bunlar səbəb deyil. Heyətlə bağlı hər hansı səhv etdiyimizi və ya bu addıma təəssüfləndiyimizi deyə bilmərəm. Analizlər əsasında heyəti müəyyənləşdiririk. Ən hazırlıqlı oyunçuları matça buraxmışdıq. Oyunun sonlarında yaşanan ikitərəfli hücumlarla zəngin futbol azarkeşlərə maraqlı gəlsə də, mən bunu xoşlamıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail