Qurban Qurbanov çempionluğu dəyərləndirdi - MÜSAHİBƏ

16.04.2017 | 3301 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda “İnter”ə qalib gələrək çempionluqlarını rəsmiləşdirdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin sualları cavablandırıb:

- Futbolçularımı da azarkeşlərimizi də təbrik edirəm. Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmizdi. Buna nail olmaq bizim üçün xoşdu.

“İnter”i ilin komandası adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdı. Onlara uğurlar arzulayıram. İstərdim ki, şəraitləri düzəlsin, imkanları genişləsin.

- Komanda 5-ci dəfə çempion oldu. Bunu sizin üçün ideal saymaq olar?

- Mənim tərəfimdən əla qiymət verməliyik. Hər şey ideal deyil. Ardıcıl 4-cü dəfədi çempionluq bizə nəsib olur. Bəzən futbolçular titul qazanandan sonra həvəsdən düşürlər. İstəməzdik ki, bizdə də belə olsun.

- Növbəti iki turda əsas heyətə istirahət verəcəksiz?

- 4-cü dəfə çempion olmaq çox xoşdu. Bu, bizim işimizdi. İdmançı daim maksimum nəticə üçün meydana çıxmalı, özünü yaxşı formada saxlamalıdı. Çətin olsa da, bunu bacardıq. Bu, kubokun final matçına əlavə motivasiya verəcək. Amma kubok tam fərqli turnirdi. Qalan iki matçda oyunçulara istirahət verməyəcəyik. Bu il cəmi 14 oyun keçirmişik, bu da çox azdı. Oyun təcrübəsini artırmalıyıq. Zədə alan oyunçularımız oldu. Məsələn, Almeyda bir neçə matçı buraxdı. Bu barədə düşünmürəm. Əksinə, qalan görüşlərdə də kim hazır olsa, ona şans verəcəyik. Çünki istirahət etməyə vaxtları olacaq. Zədəli futbolçularımız da yavaş-yavaş geri qayıdırlar. Onların təcrübə toplamağa ehtiyacları var.

- Düşünmək olarmı ki, sabahdan Çempionlar Liqası ilə bağlı planlar qurmağa başlayacaqsız?

- Çempionatın sonuna qədər buna vaxt ayıracam. Yəqin ki, transferlə bağlı əlavə sual olacaq. Bəli, komandada dəyişiklik olacaq. Heyəti genişləndirmək istəyirik. Çünki mövsümün gedişində 4-5 futbolçumuz zədəli oldu. Yaxşı, geniş heyətə ehtiyacımız var. Bəzi futbolçularla danışıqlar davam edir.

- Hansı mövqelərə daha çox ehtiyacınız var?

- Hər bir turnirin maksimumu var. Bu gün ölkə çempionatında maksimum çempionluqdu. Hər xətdə dəyişikliyə ehtiyacımız var. Bu o demək deyil ki, o xətlərdə problemimiz var.

- Danışıq apardığınız oyunçular arasında yerlilər varmı?

- Hazırda yoxdu.

- Bədavi Hüseynov və Dani Kintananın hazırkı durumu necədi?

- Kintana ancaq yay toplanışında komandaya qoşulacaq. Bədavi isə məşqlərə başlayıb. Ağrısı yoxdu. Qarşıdakı oyuna bir həftə vaxt var. Ola bilsin ki, ona qədər hazır olsun.

- Çempionatın tez başa çatması yay toplanışı ilə bağlı planlarınızda dəyişikliyə səbəb olacaq?

- Toplanışa tez başlayacağıq. Futbolçuların daha çox dincəlməyə ehtiyacları var. İlboyu oynayırlar, istirahət eləmirlər. Zədələr də bu yüklənmələrdən əmələ gəlir. Bu, bizim üçün şans olacaq. Oyunçular daha çox dincələ biləcəklər. Millimizin toplanışı olacaq. Bildiyim qədərilə ayın 15-dən toplaşırlar. Ümid edirəm ki, qarşıdakı günlərdə proqramımızı müəyyənləşdirəcəyik.

- “Neftçi” ilə son turdakı matçın prinsipiallığı nə dərəcədə qalıb?

- “Neftçi” və “Qarabağ” ölkənin ən köklü iki klubudu. Bu komandaların oyunlarında azarkeş həmişə maraqlı oyun gözləyib. Çalışacağıq baxımlı oyun göstərək ki, azarkeşlər zövq alsınlar. Oyunumuzla, davranışımızla onları stadiona cəlb etməyə çalışmalıyıq. “Neftçi” və “Qarabağ” bu baxımdan bir nömrədi.

- Riçard Almeydanı sırf bu oyun üçün saxlamışdız?

- Ötən oyunda əsas heyətdə meydana çıxmağa tam hazır deyildi. Bu gün də tam hazır deyildi. Bilirdik ki, 90 dəqiqə meydanda ola bilməz. Ona görə də ikinci hissədə əvəzlədim. Yorğun halda meydanda saxlamağın bir faydası yoxdu. 60 dəqiqə bütün gücünü göstərdi. Düşünürəm ki, qarşıdakı oyuna daha hazırlıqlı olacaq.

- Rəşad Sadıqovun komandası U-19 liqasında çempionluğa çox yaxındı. Sizcə, onun üçün hansı çempionluq daha əzizdi?

- Bunu mən deyə bilmərəm. Çox istəyirəm ki, Rəşad ilk məşqçilik ilində çempion olsun. Komandası hazırda 1-ci pillədə gedir. Məşqçiliyə başlayanda çempionluq əldə etmək asan deyil. Rəşadın yaxşı məşqçi olmaq üçün böyük potensialı var. Birdən-birə belə uğur onun gələcək işinə də müsbət təsir edəcək..



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail