Ndlovu: "Mənim üçün önəmli olmasa da..." - MÜSAHİBƏ

17.04.2017 | 3502 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Dino Ndlovu Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “İnter”i 3:0 hesabı ilə məğlub edərək çempion olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu il çempion olmaq daha çətin oldu. Zədəli futbolçularımızın yoxluğu işimizə mane ola bilərdi. Amma böyük klub olduğumuzu bir daha nümayiş etdirdik.Bir-birimizə inamımız sona qədər var idi. Qarşılaşma ərzində “İnter”dən üstün olduq və qələbə qazandıq.
 
- Çempionluğu rəsmiləşdirən oyunda vurduğun 2 qol sənin üçün nə dərəcədə önəmlidir?

- Mənim üçün əsas komandanın nəticəsidir. Düzdür, vurduğum 2 qol oyunun nəticəsinə birbaşa təsir etdi. Nəticədə 3 xal qazandıq və çempionluğu təmin etdik. Şəxsən  mənim üçün  önəmli olmasa da, komanda üçün vacib nəticədir.
 
- Bombardirlik yarışmasında ikinci pillədəsən. Şanslarını nə qədər görürsən?

- Fərdi titullar mənim üçün önəm daşımır. Əvvəllər fərdi mükafatım olsa da, “Qarabağ”a sırf kollektiv mükafatlar qazanmaq üçün gəlmişəm.
 
- Son vaxtlar mətbuata açıqlama verməkdən boyun qaçırırsan. İnciməmisən?

- İlk növbədə bizim işimiz meydanda futbol oynamaqdır. 10 gün ərzində 3-4 oyunumuz var idi və mən həmin matçlara fikrimi yönəltmişdim. Buna görə də boş yerə azarkeşlərimizi ümidləndirmək istəmirdim. Vacib oyunlarımızda yaxşı nəticələr əldə etdik, bundan sonra danışmağa hazıram (gülür).
 
- Növbəti 2 oyunu kubokun finalına hazırlıq saymaq olar?

- Hər bir matça ciddi yanaşırıq. Qarşıdakı 2 oyundan maksimum xal toplamağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail