İbrahim Şehiç 100-cü oyununu keçirdi

17.04.2017 | 3659 dəfə oxunub

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Premyer Liqada 100-cü oyununu keçirib. Stadium.Az xəbər verir ki, “İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub.

3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/14 mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.

O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İbrahimə qədər yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb.

Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail