Elxan Abdullayev: "Kubokdan imtina etsəydik, daha yaxşı olardı"

23.04.2017 | 3384 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 27 turun “Zirə” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:  

- Çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi.
 
- Legioner limitini pozduğunuzdan nə vaxt xəbər tutdunuz?

- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.
 
- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.
 
- Kuluarlarda belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik, bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.
 
- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədir?

- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail