Elxan Abdullayev: "Vaxtımız çoxdu"

29.04.2017 | 3553 dəfə oxunub

Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 1:2 hesabı uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.


- Bu gün çempiona qarşı oynadıq. İlk hissədə bərabər oyun getdi. Fasilədən sonra "Qarabağ” təzyiqi artırdı və qollar vurdu. Həyat davam edir. Növbəti mövsümə hazırlaşacağıq.

- Azarkeşsiz oyun xoşunuza gəldi?

- Bu mövzunu şişirtmək istəmirəm. Sözümü təkcə "Forza "Neftçi”yə deməmoşəm. Sadəcə, bəzi azarkeşlər var ki, gəlib söyüş söyürlər. Həmin azarkeşlərə nəzərdə tutmuşam.

- Qış fasiləsində komandanı pis vəziyyətdən çıxaracağınızı dediniz. Amma "Neftçi” mövsümü 7-ci pillədə tamamladı. İndi isə gələn mövsüm daha yaxşı olacağını söyləyirsiniz...

- Təəssüf ki, 7-ci pillədə bitirdik. Komandaların sayı az olsa da, çempionat maraqlı keçdi. "Qarabağ” və "Qəbələ”ni çıxmaq şərti ilə qalan komandalar eyni səviyyədə idi. Yeni mövsüm barədə danışmaq hələ tezdir. Qarşıda komandanın iclası olacaq. Ondan sonra bu barədə danışarıq. Vaxtımız çoxdur.

- Hazırkı durumunuzu karyeranızın ən pis dövrü adlandırmaq olarmı?

- Əlbəttə ki, bu fikirlə razı deyiləm. Çempion olsaydıq belə, özümdən narazı olacaqdım. "Neftçi”də öz işimin 30 faizini görmüşəm. Hələ qarşıdan daha çox vaxtımız var. 

- Vəli Qasımov da ötən il komandanı avrokuboklara apara bilmədi və nəticədə göndərildi. Onunla fərqiniz nədir?

- Vəli Qasımovla özümü müqayisə etmək istəmirəm. Biz avrokuboklarda iştirak etmək üçün tam hazır olmalıyıq. Bu gün "Neftçi” Avroliqaya hazır deyil. İstəyirik ki, tam hazır olub, uğurlu nəticələr əldə edək.

- Həmişə deyirdiniz ki, mövsümün sonunda görüşərik. İndi mövsümün sonudur, buyurun...

- Söz yox, komanda uğurlu çıxış etmədi. Amma bu barədə danışmaq istəmirəm. Məni rəhbərlik tələsdirmir. Burda qalıb işimi görəcəyəm. Rəhbərlik mənə güvənir və özümü doğruldacam. 
Kimsə məni sevməyə bilər. Hər kəsin öz fikri var. Fakt budur ki, "Neftçi"nin baş məşqçisiyəm. Ya dözməlisiniz, ya da vurub öldürməlisiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail