"Qurban Qurbanov: " Abbasla hə, amma Təmkinlə danışığımız olmayıb"

29.04.2017 | 3766 dəfə oxunub

"Futbolçularımı təbrik edirəm. Çempionatın son matçı olsa da, düzgün oynamağa çalışdılar. "Neftçi"yə növbəti mövsümdə uğurlar arzu edirəm. Bu il alınmadı. Gələn mövsüm yaxşı olar".

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunda "Netçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

 - Hazırlıq planı bəllidir?

- İyunun 1-də yığışacağıq. Yəqin ki, 2 həftə Bakıda olacağıq. Daha sonra Avstriyaya getməyi planlaşdırırıq.

 - Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?

- Zədə almayıb, yorğunluq var idi. Ona görə əvəzlədim. 

- Əsas heyətə güvəndiniz. Qarşıda kubokun finalı var, zədələrdən çəkinmirsiniz?

- Zədələr məşqdə ola bilər. Ona görə narahat olmadım. 

- Dino Ndlovu bir qol da vursa, bombardir ola bilərdi. Bunun üçün çalışdığını hiss etdiniz?

 - Bu, normal haldır. O, hər oyunda qol vursa, lap yaxşı olar. 

-  Kubokun finalında psixoloji üstünlüyün "Qarabağ"ın tərəfində olacağını söyləmək olar?

- Kubok tam fərqli turnirdir. Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm. 

Yəqin ki, təlim-məşq toplanışında yoxlama matçları keçirməyi planlaşdırırsınız...

- Əlbəttə, oyunlar olacaq. Beş matç keçirsək, yaxşı olar. Ən azı 4 görüş olacaq. 

- Abbas Hüseynov və Təmkin Xəlilzadə ilə maraqlandığınız doğrudur?

- Bəli, Abbasla maraqlanmışıq. Onun "Qarabağ"a keçidi mümkündür. Təmkinlə bağlı ehtimal isə azdır.

Mənbə: spornet.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail