"Qarabağ"ın müdafiəçisinin seriyası qırıldı

28.11.2011 | 5513 dəfə oxunub

Premyer Liqanın 14-cü turunda “Qarabağ” “Neftçi”ylə oyuna 2 önəmli itkiyə çıxmışdı. Stadium.az xəbər verir ki, Rəşad Sadıqov qolundakı zədə səbəbindən komandadan ayrı düşmüşdüsə, Ansi Aqolli atasının vəfatıyla əlaqədar olaraq “ağ-qaralar”la oyunda iştirak edə bilmədi.
 
Sabitliyi ilə məşhur olan Ansi sonuncu görüşü buraxmaqla seriyasının qırılmasına səbəb oldu. Belə ki, 29 yaşlı sol cinah müdafiəçisi “Qarabağ”ın heyətində ardıcıl 51 oyuna çıxdıqdan sonra məlum səbəbdən “Neftçi”ylə oyunu buraxmalı oldu. Azərbaycanda oynamış ən səviyyəli cinah müdafiəçilərindən sayılan Aqolli 2010-cu ilin yayından bu komandada top qovur. İyulun 1-də Avroliqanın 1-ci mərhələsində “Metallurg”la oyunda debüt edən albaniyalı zədə üzündən cavab görüşünü və “Portadaun”la ilk oyunu buraxmışdı.
 
Ötən mövsüm Premyer Liqanın 2-ci turunda MOİK-lə oyunu buraxdıqdan sonra Ansinin seriyası başlayıb. Həmin oyundan sonra ötən mövsüm Avrokubok, çempionat və  kubok oyununda baş tutmuş bütün 32 görüşdə iştirak edən Ansi cari mövsüm də seriyasını davam etdirib. 6 Avrokubok və 13 çempionat maçına start heyətində çıxan Aqolli seriasını 51 oyuna çatdırıb. Maraqlıdı ki, Ansi bütün bu oyunlarda start heyətində meydana çıxıb və cəmi bir oyunda əvəzlənib. Cari mövsüm “Rəvan”la 8-ci turda baş tutan oyunda 70-ci dəqiqədə zədələnərək yerini İlqar Qurbanova verməli olub. Ötən mövsüm sadəcə 2 oyunda sarı vərəqə alan (“Xəzər-Lənkəran” - 2:1 və “Gəncə” - 1:0) müdafiəçi 6 ötürməylə yadda qalmışdı. Cari mövsüm də seriyasını davam etdirən Ansi avrokubok (“Banga” - 3:0) və çempionatda (“Turan” - 3:1) 1 dəfə fərqlənib. Eyni sayda sarı vərəqə alan Ansi artıq 2 asistlə komandasına xeyir verib.
 
Beləliklə, Ansinin 51 oyunluq seriyasında 4 sarı vərəqə, 2 qol və 8 ötürmə qeydə alındı.
 
“Qarabağ”ın mətbuat xidməti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail