Tahir Gözəl: "Azərbaycanda ilk dəfədi ki..."

05.05.2017 | 2489 dəfə oxunub

“Oyun çox gərgin başladı. Hər iki komanda başabaş mübarizə apardı”. Stadium.Az xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşan Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, ölkə çempionluğundan sonra kuboku da başı üzərinə qaldırıb.

Naxçıvanda baş tutan matçdan sonra fikirlərini bildirən Gözəl sevincli olduğunu söyləyib:

“Qarabağ”ı dəstəkləmək üçün bura gələn azarkeşlərimizi təbrik edirəm. Naxçıvan xalqının dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm. Əlbəttə ki, sevincliyik. Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədi ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdi, nailiyyətdi”.

Gələn mövsümlə bağlı hədəflərindən də söz açan klub rəhbəri məqsədlərinin Çempionlar Liqasının qrup mərhələsinə adlamaq olduğunu vurğulayıb: “Bundan sonrakı hədəf Çempionlar Liqasında uğurlu iştirakdı. Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ