Qriqorçuk: "...fiziki cəhətdən gücümüz yox idi"

05.05.2017 | 2265 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun finalında “Qarabağ”a uduzduqları oyundan sonra qarçılaşma barədə jurnalistlərin suallarını cavablandırıb:

“Qarabağ”ı təbrik edirəm. Hər şey qanunauyğun oldu. Bu gün bizdən güclü idilər. Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: “Tellurun zədələnməsi bizim üçün problem yaratdı. Amma nəyin necə olacağını əvvəldən təxmin edə bilmərsən.

- Rəqibə fiziki cəhətdən məğlub oldunuz?

- Deməzdim ki, fiziki cəhətdən gücümüz yox idi. Sadəcə, futbolçuların gözləri “yanmırdı”.  

- “Qəbələ” “Qarabağ”dan cari mövsümdə nə baxımdan geri qaldı?

- Bütün mövsümü burda analiz edə bilməyəcəm. Bugünkü oyundan danışa bilərik. Məğlubiyyətin səbəbini dedim. Əlbəttə ki, qarşılaşmanı analiz edəcəyik.

- Meydança amili oyununuza nə dərəcədə təsir etdi?

- “Qarabağ”la eyni şərtlər altında oynadıq. Buna görə də, bu məqamı deməyə dəyməz. Vəziyyətə uyğun hərəkət etmək lazımdı. “Qarabağ” bizi üstələdi.

- Mövsüm başa çatdı. Futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyi bilinmir. Komandada nəyi dəyişmək lazımdı?

- Bu, qısa danışılası bir şey deyil. Düşünmək lazımdı. Futbolçulara demişdik ki, mövsümün sonuna qədər oynayacağıq, ondan sonra yekun qərarımızı açıqlayacağıq. Bu müddətdə boş dayanmadıq, müzakirələr apardıq, qərarlar qəbul etdik. Amma açıqlama vermək üçün daha bir neçə gün vaxt lazımdı.

- Sizin klubdakı gələcək aqibətiniz necə olacaq?

- Bu barədə də bir neçə gündən sonra dəqiq məlumat biləcəksiniz. Mənim işə yanaşma tərzim belədi. Konkret qərar veriləndən sonra elan olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ