Qurban Qurbanov: "İndi qəti bir söz deyə bilmərəm"

05.05.2017 | 4462 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun finalında “Qəbələ”yə qalib gəldikləri oyundan sonra qrşılaşma barədə jurnalistlərin suallarını cavablandırıb:

“Naxçıvanlılara təşəkkür edirəm. Komandama minnətdaram. Ağır mövsüm keçirdik. Ardıcıl 3 dəfə kubokun qalibi olmaq böyük uğurdu. Düşündüyümüz hər şey alındı. “Qəbələ”yə uğur arzulayıram. Çox əziyyət çəkdilər. Onlarla gərgin oyunlarımız oldu. Əlbəttə ki, bu gün qeydə alınan nəticədən və oyundan razı qaldım. Futbolçulara da deyirəm ki, hər dəfə uğur qazananda məsuliyyətimiz artır.

- “Qarabağ” bu gün nəyin hesabına “Qəbələ”ni üstələyə bildi?

- Çətin sualdı. Nəsə deməyim bəlkə doğru çıxmaz. Sadəcə, əlimizə düşən fürsətlərdən istifadə etdik. Bizim qol epizodlarımız daha çox oldu. İkinci hissənin başlanğıcında çox hücum etdik. Hava şəraiti çətin idi. Bizim ən ağır oyunlarımız “Qəbələ”yə qarşı olub.

- “Qarabağ” məzuniyyətdən nə vaxt qayıdacaq?

- İyunun əvvəlində. Növbəti ayın 1-də yığışmağı düşünürük. Əvvəlcə Bakıda bir araya gələcəyik.

- Bugünkü qələbəni və cari mövsümdəki qızıl dublu kimə həsr edirsiniz?

- Bu, bizim işimiz, peşəmizdi. Öz komandamıza, qarabağlılara həsr edirəm.

- İkinci hissənin əvvəlində əvəzlənən Rəşad Sadıqovun zədəsi ciddidi?

- Rəşadın dizində bir az ağrı oldu. Buna görə də dəyişdik. İndi qəti bir söz deyə bilmərəm. Ola bilsin ki, zədəsi ciddi deyil. Qarşıdakı günlərdə bəlli olacaq.

- Gələcək planlarınız nədən ibarətdi?

- Komandamıza bir neçə futbolçu dəvət etmək istəyirik. Danışıqlar gedir. Amma çətindi. İmkan daxilində, nə qədər bacarsaq, futbolçu gətirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail