Rəşad Sadıqov: "Məğlub olacağımızı düşünürdüm"

05.05.2017 | 4805 dəfə oxunub

“Karyeramın son illərində yenidən həm çempion olmaq, həm də kuboku qazanmaq çox xoşdu”. Stadium.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Komandasının kapitanı Azərbaycan kubokunun finalında “Qəbələ” üzərindəki qələbəni (2:0) şərh edib. Sadıqov bildirib ki, qalib gələcəklərinə inamı az olub: “Sözün düzü, bu gün məğlub olacağımızı düşünürdüm. Birinci hissə gərgin keçdi. Ancaq uşaqlar ikinci hissədə artırdılar. Lazım olan qələbə qollarını vurdular”

Oyunun gedişində zədələndiyi üçün əvəzlənən kapitan vəziyyətinin nə yerdə olduğuna sabah aydınlıq gələcəyini açıqlayıb: “Dizim burxuldu. Bir az ağrı var. Zədəmin durumuna sabah tam aydınlıq gələcək”.

Mövsümü dəyərləndirən Sadıqovun sözlərinə görə, son görüşlərdə öz oyunlarını tapmaları xeyirlərinə işləyib: “Əvvəlki mövsümlərlə müqayisədə oyunumuzda çox anlarda problemlər oldu. Əvvəl 2-3 matçda çətinliklə üzləşirdiksə, 7-8, bəlkə də 10 görüşdə problemlə üzləşdik. Zədəlilərimiz çox oldu. Heyətdə milli üzvləri kifayət qədər idi. Bütün bunlar oyunumuzda geriləməyə səbəb oldu. Buna baxmayaraq, mövsümün sonunda, ən vacib anda komanda yaxşı oynamağa başladı. Son 5-6 qarşılaşmada özümüzə bənzədik və yaxşı futbol nümayiş etdirdik. Nəticədə mövsümü 2 titulla başa vurduq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail