Mirça Rednik 100-ə çatdı

29.11.2011 | 4862 dəfə oxunub

“Xəzər Lənkəran” indiki baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında topladığı xalların sayını 100-ə çatdırıb. Stadium.az xəbər verir ki, bu, Premyer Liqanın XIV turunun “Simurq”la oyununda gerçəkləşib. 

Zaqatala səfərindən 2:2 hesablı heç-heçə ilə dönüb aktivinə 1 xal yazan komanda rumıniyalının başçılığı altında 54-cü oyununu keçirib. Bu görüşlərdə 27 qələbəsi olan “Xəzər Lənkəran” 19 dəfə 1 xalla kifayətlənib. Azərbaycana gələndən cəmi 8 məğlubiyyət görən Rednikin yetirmələrinin qazancı bununla da 100 xala çatıb. Bu klub tarixində 3-cü göstəricidir. Hazırda Rednik 2-ci olan Rasim Karadan cəmi 7 xal geri qalır.

“Simurq”la oyunda vurulan 2-ci qol da Rednik üçün əlamətdar olub. Belə ki, bu onun rəhbərliyi altında vurulan 70-ci – yubiley qolu olub.

Baş məşqçinin 2 yubileyi ilə yanaşı 2 futbolçu da Zaqatalada əlamətdar hadisə ilə üzləşib. Qapıçı Kamran Ağayev klubun heyətində 140-cı, Azərbaycan milli komandasının digər üzvü Branimir Subaşiç isə 10-cu matçını keçirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail