Qara Qarayev: "...getməyi düşünürəm" - MÜSAHİBƏ

06.05.2017 | 4904 dəfə oxunub

Ölkə kubokunun finalında “Qəbələ”yə qalib gələrək qızı medalları qazanan “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqqında fikirlərinizi bölüşün...

- Sevincliyik, bu gün hədəfimizə çatdıq, bizə lazım olanı əldə etdik. Həm çempionluq, həm də kuboku qazanmaq məqsədimiz idi ki, onu da bacardıq. Kubokun finalına çıxmaq o qədər də asan olmadı. Düşünürəm ki, komandamız hər iki cəbhədə çempionluğa layiq idi. Bütün “Qarabağ”lıları təbrik edirəm. 

- Sanki rəqib bu gün həvəssiz idi. Sizə də elə gəlmədi ki, “Qəbələ” ürəklə oynamırdı?

- Hava elə idi ki, ilk hissədə kim qol vursa, digər komanda hesabı bərabərləşdirməkdə çox çətinlik çəkəcəkdi. İlk qolu vuran qələbə qazanacaqdı. “Qəbələ”nin həvəsli-həvəssiz olması haqqında isə nəsə deyə bilmərəm. Düşünmürəm ki, rəqib həvəssiz idi, sadəcə biz daha yaxşı oynadıq. 

- Gözəl və baxımlı oyun izləməyimizə mane olan amillərdən biri də ot örtüyü idi?

- Elə idi. Meydanın qazonu Bakıdakı və Qəbələdəki stadionlardan çox fərqlənirdi. Baxımlı və sürətli oyuna mane olurdu. Tempi də aşağı salırdı.

- Adın xarici klublarla hallanırdı. Növbəti mövsüm üçün planlar necədi?

- Hələ heç kimlə rəsmi müqavilə imzalamamışıq. Bir çox yerdə çempionatlar mayın sonunda bitəcək. Ondan sonra əgər xarici klublardan təkliflər olsa, getməyi düşünürəm. Hələ ki, burdayam.

- Oyunun Naxçıvanda keçirilməsi azarkeşlərin etirazı ilə qarşılanmışdı. Bu gün “Qarabağ” tərəfdarlarının dəstəyi sizi qane etdimi?

- Düşünürəm ki, bizim burda da kifayət qədər azarkeşimiz var. Yaxşı da dəstəklədilər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail