Tuyqun Nadirov: "Mübariz müəllimdən göstəriş gələndən 20 dəqiqə sonra..."

07.05.2017 | 6283 dəfə oxunub

Klubumuzun nə vaxt fəaliyyətini bərpa edəcəyi məlum deyil. Bu, 20 dəqiqə sonra da ola bilər, 2 il sonra da. Bunun üçün "Palmali"nin İstanbul ofisindən Bakıya bildiriş gəlməlidi. Hələlik ordan bir xəbər yoxdur".

Stadium.Az xəbər verir ki, bunu "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. T.Nadirov bildirib ki, şirkətin Azərbaycandakı zavodunun hesabına klubu bərpa etmək mümkün deyil: "Düzdür, "Palsüd" işləyir, özünü dolandırır. Ancaq bu, "Xəzər Lənkəran"ı futbola qaytarmağa kifayət etmir. Mütləq İstanbuldan kömək olmalıdır. İqtisadi böhran dünyanın hər yerinə yayılıb. Bütün böyük şirkətlər bundan ziyan çəkir, Əvvəlki kimi qazanc əldə etmirlər. Mübariz Mənsimov Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olan şəxsdir.

O, "Xəzər Lənkəran"ı öz hesabına yaradıb və yaşadıb. Klubun yenidən fəaliyyət göstərməsi üçün futbolumuzda bəzi yeniliklər, dəyişikliklər olmalıdır. İndiki reallıqları bilirik. Bu şəraitdə klub saxlamağın heç bir mənası yoxdur. Bəzi insanlar müxtəlif vasitələrlə iş adamlar futboldan incik salır, klubları dağıdır. Ötən çempionatın son turunda "Xəzər Lənkəran"ı "Rəvan"a qalib gəlməyə qoymadılar. Yalandan qapımıza penalti təyin edib, komandamızın qələbəsini əlindən aldılar. "Xəzər Lənkəran" bu kimi haqsızlıq və qərəzli münasibətlə çox qarşılaşıb. Bəzi insanlar həmişə istəyib ki, "Xəzər Lənkəran"a təzyiq göstərsin, bu klubu gözdən salsın. Bunların heç birinə müvəffəq olmayıblar, ola da bilməzlər. "Xəzər Lənkəran" bu gün böyük futbolda yoxdur, ancaq haqqında ən çox danışılan, ən çorx xatırlanan klubdur".

Premyer Liqanın sönük keçdiyini deyən T.Nadirovun sözlərinə görə, hazırda 8 klubdan 6-nın sponsoru bir adamdır: "Belə çempionat olmaz. Əvvəllər futbolda tanınmış iş adamları var idi, klublara yaxşı pul buraxırdılar. Çempionatda rəqabət və mübarizə yaranmışdı, maraqlı idi. İndi kimlər var? Mübariz müəllim görür ki, futbola sərmayə yatırmaq mənasızdır, vəsaiti daha səmərəli sahələrə yönəldir. "Xəzər Lənkəran"ın bərpasını bütün Azərbaycan istəyir. Lakin biz İstanbulda bu barədə nə fikirləşdiklərini, nə vaxt bu qərarı verəcəklərini bilmirik.

Biz hazırıq. Stadion və baza yerindədir. Bəzi başqa klublarımız kimi nə stadionumuz, nə də bazamız kredit altındadır. Klubumuzun bir nəfərə borcu yoxdur. İnfrastrukturu olduğu kimi qoruyub saxlamışıq. Mübariz müəllimdən göstəriş gələndən 20 dəqiqə sonra hamı klubda öz yerində olacaq" (Sportinfo.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail