Ağabala Ramazanov: "Belə meydanda oynamaq çətindi"

09.05.2017 | 2476 dəfə oxunub

“Ciddi hazırlaşmışdıq. Bilirdik ki, çətin qarşılaşma olacaq. Üstəlik, ilk oyunlar da ağır keçir. Məsuliyyəti dərk edirdik. Heç-heçə də pis nəticə deyil”.

Stadium.Az xəbər evrir ki, bu sözləri U-23 milli komandamızın hücumçusu Ağabala Ramazanov deyib.

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında Kamerunlu həmyaşıdları ilə qarşılaşan millimiz görüşdən qolsuz bərabərliklə ayrılıb.

Matçın gedişində effektli zərbəsi qapı tirinə tuş gələn millimizin və “Qarabağ”ın oyunçusu matçsonrası açıqlamalarında bu epizodu da şərh edib:

“Həmin epizoda gəldikdə, mən də, komanda yoldaşlarım da qol olmasını istəyirdik. Gələcək oyunlara baxmaq lazımdı”.

Ramazanov rəqibin güclü olduğunu daha əvvəldən bildiklərini də əlavə edib:

“Oyunun əvvəlindən bilirdik ki, onlar zəif rəqib deyillər. Amma bizdən üstün oynadıqlarını da düşünmürəm. Başabaş mübarizə getdi. Məncə, heç-heçə oyunun ədalətli nəticəsidi. Həm onların, həm də bizim qol vurmaq şansımız oldu. Rəqibin gücünü kiçiltmirəm, ancaq bizi üstələdiklərini demək olmaz. Digər rəqiblərimizin oyununu görməmişik. AFFA-nın baş katibi Elxan Məmmədov paltardəyişmə otağına gəldi. Rəhbərliyin adından təbrikləri çatdırdı və komandamızın oyunundan razı qaldığını bildirdi”.

Oyunçu əsas hədəflərinin ən az ilk "üçlük"də yer almaq olduğunu deyib: “Bu yarış ölkəmizdə keçirilir.  Doğma diyarda yarışı ən azı ilk üçlükdə başa vursaq, yaxşı olar. Hamımız çalışırıq ki, titul qazanaq. Bizdən əvvəlki matçların heç birini izləməmişik. Diqqətimizi öz oyunumuza yönəltmişik. Ölkəmizdə keçirilən yarışda niyə finala yüksəlməyək? Yorğunluq yoxdu. Amma örtük pis vəziyyətdədi. Bir qədər qaçıb dayandıdan sonra, ağrılar hiss edirsən. Belə meydanda oynamaq çətindi, lakin başqa çarəmiz yoxdu. Oyunlarımızı bura salıblarsa, sona qədər oynamalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ