Fariz Yusifov karyerasını bitirdi

10.05.2017 | 3024 dəfə oxunub

Ölkə kubokunun finalındakı idarəçiliyi ilə bir daha diqqət mərkəzinə düşən Fariz Yusifov üçün bu mövsüm uğurlu alındı.

Stadium.Az xəbər verir ki, qışda hakimlərin Antalyadakı toplanışında iştirak etməyən Fariz bəy gərgin anda ağır yükün altından çıxmağı bacardı.

Qəbələdə keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasını qüsursuz idarə edən təcrübəli hakimin bu iki komandanın Respublika stadionundakı oyununda da söz sahibi oldu. Hər iki oyundakı idarəçilik problemsiz olduğundan final qarşılaşmasına da Fariz Yusifovun təyinat alacağı gözlənilən idi.

45 yaşlı referi artıq karyerasını da bitirməyi düşünür. Bu barədə Yusifov "Futbol+"ə verdiyi açıqlamada bildirib:

"Bəli, bu mənim sonuncu finalım idi. Artıq karyeramı bitirmək haqqında düşünürəm. Çox güman, gələn mövsüm yaşıl meydanlarda görünməyəcəyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail