“Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım" - Rəşad Sadıqov

12.05.2017 | 3141 dəfə oxunub

“Çox sevincliyəm. Məşqçi kimi çempionluq yaşadım. Bu, mənim üçün fərqli, xoş hisslərdi”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov deyib. 

“Qarabağ”ın U-19 komandası dünən “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edərək, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bununla bağlı klubun saytına danışan Sadıqov sevinc hissini bölüşüb: “Çempionluq asan olmadı. “Neftçi”, “Qəbələ”, “Zirə” kimi güclü rəqiblərimiz var idi. İlk turdan sona qədər gərgin mübarizə getdi. Şükürlər olsun, yaxşı nəticə əldə edə bildik. Futbolçularıma təşəkkür edirəm, ilk gündən sona qədər vuruşdular, inandılar. Mənə etimad göstərdiklərinə görə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. İstər U-12, istərsə U-13 və istərsə də U-19 komandasında olsun, bir yerdə “Qarabağ” adı varsa, bu, böyük məsuliyyətdi. Yalnız birinci olmalısan deyə bir şey yoxdu, amma olduqda da adama xoş təsir bağışlayır”.

Sadıqov məşqçi kimi qazandığı uğuru daha üstün sayıb: “Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım. Məşqçi işi daha çətin və həyəcanlıdı. Çünki özün meydançada ola bilmirsən, kənardan izləmək, gedişata təsir etmək daha çətindi. Çox məsuliyyətli olmalısan ki, meydanda onun bəhrəsini görə biləsən”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail