"Çitroya “Qarabağ”dan təklif gəldiyini təsdiq edirəm"

26.05.2017 | 3647 dəfə oxunub

Adı “Qarabağ”la hallanan italiyalı hücumçu Nikola Çitronun meneceri Alberto Berqossi bununla bağlı açıqlama verib.

Stadium.Az xəbər verir ki, ölkəsinin “Sicilia” jurnalına danışan Berqossi Ağdam klubundan təklif aldıqlarını ancaq hələlik qərar vermədiklərini deyib:

"Çitroya “Qarabağ”dan təklif gəldiyini təsdiq edirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Onu da deyim ki, yanvar ayında dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubu da Çitro üçün təklif göndərmişdi. Mən ona bu təklifi dəyərləndirməyi məsləhət gördüm. Ancaq o, B Seriyasında yaxşı pul qazanırdı. İndi isə  "Trapani" C Seriyasına düşüb. Bu isə onun planlara daxil deyil. Hələlik qərar verməmişik”. 

İtaliya mətbuatı "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail