"Qısa müddət ərzində heç bir məşqçi lazımi nəticəni verə bilməz"

30.11.2011 | 4313 dəfə oxunub

AFFA İcariyyə Komitəsinin üzvü Cahangir Hacıyev bugünkü iclas barədə danışıb. Stadium.az xəbər verir ki, Foqtsun milli də qalması ilə bağlı fikir bildirən Hacıyev "Şəfa" stadionu ilə bağlı da danışıb:

"Hesab edirəm ki, hər bir məşqçiyə vaxt vermək lazımdır. Qısa müddət ərzində heç bir məşqçi lazımi nəticəni verə bilməz. Bunun üçün zamana ehtiyac var. Gənc və istedadlı futbolçu nəsli yetişdirilməlidir və fikrimcə, Berti Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusu bu istiqamətdə zəruri işləri həyata keçirir.

Bir neçə il öncə ölkəmizdə yaxşı səviyyədə stadiona rast gəlmək mümkün deyildi. Sevindirici haldır ki, son vaxtlar əksər klublarımızın stadionları inşa olunaraq istifadəyə verilib. "Şəfa" stadionunun «İnter» klubuna satılması ilə bağlı bu gün qəbul olunan qərarı düzgün sayıram. İndiyə qədər həmin stadiona klub tərəfindən xeyli sərmayə qoyulub və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyinə, "Şəfa"nın daha gözəl stadiona çevriləcəyinə inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail