"Qarabağ"ın ÇL-da bütün potensial rəqibləri

05.06.2017 | 7226 dəfə oxunub

Ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 

Stadium.Az xəbər verir ki, Ağdam klubu ilə yanaşı, II təsnifat mərhələsundə daha 33 komanda mübarizə aparacaq. 

Yarışa II mərhələdən qoşulan 29 komandaya püşk zamanın I təsnifat mərhələsini uğurla adlayan 5 kollektiv də qoşulacaq. 34 komanda hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkündən öncə səbətlərin tərkibi belədir:

Səpələnmişlər 

“Seltik” (Şotlandiya) - 42,785

“Zalsburq” (Avstriya) - 40,570

“Kopenhagen” (Danimarka) - 37,800

“Lüdoqorets” (Bolqarıstan) - 34,175

BATE (Belarus) - 29,475

“Legiya” (Polşa) - 28,450

APOEL (Kipr) - 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) - 18,050

“Malmö” (İsveç) - 16,945

“Astana” (Qazaxıstan) - 16,800

“Partizan” (Serbiya) - 16,075

“Riyeka” (Xorvatiya) - 15,550

“Rusenborq” (Norveç) - 12,665

“Şerif” (Moldova) - 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) - 10,875

“Hafnarfyordur” (İslandiya) - 6,175

Səpələnməmişlər

“Jilina” (Slovakiya) - 5,850

“Jalgiris” (Litva) - 5,825

“Dandalk” (İrlandiya) - 5,815

“Vardar” (Makedoniya) - 5,125

“Dudelanj” (Lüksemburq) - 4,975

“Kukesi” (Albaniya) - 4,550

“Zrinski” (Bosniya və Herseqovina) - 4,050

“Buduçnost” (Monteneqro) - 3,300

“Honved” (Macarıstan) - 2,900

“Mariehamn” (Finlandiya) - 2,030

“Spartak” (Latviya) - 1,975

“Samtredia” (Gürcüstan) - 1,525

I təsnifat mərhələsinin 5 qalibi

Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. 11-12 və 18-19 iyulda isə II təsnifat mərhələsinin oyunları keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail