"Qəbələ"nin ikinci dueli

01.12.2011 | 4322 dəfə oxunub

Unibank Premyer Liqasının XV turunda “Qəbələ” “Sumqayıt Şəhər”i qəbul edəcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar arasında 2-ci görüş olacaq.

Güclülər dəstəsinin debütantı ilə ilk oyun cari mövsümün əvvəllərinə təsadüf edir. Avqustun 14-də keçirilən səfər matçında “Qəbələ” meydan sahiblərini 2:1 hesabı ilə məğlub etmişdi.

112 gün əvvəl Daniel Lopes Kruz və Luis Paulo Hilario Qəbələ təmsilçisinə qələbə qazandıran qolların müəllifi olmuşdu.

Lakin "Qəbələ" Sumqayıtın digər təmsilçiləri ilə dəfələrlə qarşılaşıb. 2005/06 mövsümündə 1-ci dəstədə “Gənclərbirliyi-2” ilə hər 2 matçda qələbə qazanan (4:1, 4:1) komanda bu rəqibin əsas heyətinə də gücünü göstərib.

Güclülər dəstəsinə çıxdıqdan sonra 2006/07 mövsümündə “Gənclərbirliyi”ndən 6 xal alan (2:0, 1:0) "Qəbələ" növbəti mövsümdə rəqibinə 1 oyunda 6 qol vurmaqla (6:0, 2:2) diqqət çəkmişdi. Gənclik şəhərinin digər təmsilçisi “Standard”la 2009/10 mövsümünə təsadüf edən hər 2 oyunda da komanda eyni – 2:1 hesabı ilə üstün olub.

Sumqayıta köçməzdən əvvəlki “Standard”la 4 oyunda “Qəbələ” 3 qələbə qazanıb və 1 dəfə məğlub olub. Lakin 2007/08 (1:0, 1:0) və 2008/09 (0:2, 2::1) mövsümlərində bu rəqib Bakını təmsil edirdi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail