Vaqif Cavadov da onların arasındadır - SİYAHI

09.06.2017 | 6151 dəfə oxunub

Öz klubları ilə peşəkar səviyyədə müqavilə bağlamadan milli komandalara çağırılan futbolçuların siyahısı açıqlanıb.

Stadium.Az xəbər verir ki, 8 oyunçunun yer aldığı siyahıya Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov da düşüb.

V.Cavadov millidə 17 yaşında ikən - 2006-cı ildə Moldova ilə yoldaşlıq görüşündə debüt edib. Həmin vaxt o, Rusiya MOİK-inin gənclər komandasında olub. Gənc forvard peşəkar futbolçu karyerasına bir il sonra "Qarabağ"da başlayıb. Ağdam komandasında kumirə çevrilən Cavadov Hollandiya "Twente"sinə keçib. Meydana çıxmadan çempion olan forvard Azərbaycana qayıdıb və sonradan Türkiyədə də çıxış edib. Onun son klubu ötən mövsümün ikinci yarısında çıxış etdiyi AZAL olub. Hazırda 28 yaşlı hücumçu klubsuzdur.

Siyahıya düşən digər futbolçular isə bunlardır:

Ronni Büxel - 1998-ci ildə 16 yaşında ikən Lixtenşteyn yığmasına çağırılıb. 

2000-ci ildə isə o, "Vaduts"la rəsmi müqavilə bağlayıb. 2009-ci il oktyabrın 10-da Azərbaycan yığmasına qarşı DÇ-2010-un seçmə qrup matçında çıxış edib. 

O, Vaduts şəhərindəki "Raynpark" stadionunda keçirilmiş görüşdə 90 dəqiqə meydanda olub. 

Oyun Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.  İlk qolu 55-ci dəqiqədə məhz Vaqif Cavadov vurub.

Emanuel Mammana - "River Plate" Futbol Akademiyasında təhsil alıb.

18 yaşında ikən Argentina yığmasına çağırılıb.

7 iyun 2014-cü ildə Sloveniya ilə yoldaşlıq görüşündə debüt edib. 

Həmin il o, Argentina çempionatında çıxış edən "River Pleyt" futbol klubu ilə peşəkar müqavilə bağlayıb.

Harri Uilson - 16 yaşında ikən - 2003-cü ildə Uels millisinə çağırılıb.

Makedoniya ilə yoldaşlıq görüşündə iştirak edib. 

Bundan 2 il sonra o, İngiltərənin adlı-sanlı "Liverpool" futbol klubu ilə ilə peşəkar müqavilə bağlayıb.

Xavyer Maskerano - 2003-cü ildə Argentina millisinə çağırılıb. 

"Copa America" turniri zamanı yığmada debüt edib.

Maskerano həmin ilin yayında "River Pleyt"lə peşəkar müqavilə bağlayıb.

Luis Peres - 1998-ci ildə 17 yaşında ikən Ekvador yığması ilə yoldaşlıq görüşü üçün Meksika yığmasına çağırılıb. 

Növbəti il o, Meksikanın "Nekaksa" klubu ilə peşəkar müqavilə imzalayıb.

Marselo Trobbiani - 1974-cü ildə 19 yaşında ikən Argentina millisində debüt edib. 

Həmin il o, Argentina çempionatında çıxış edən 

"Boxa Juniors"la peşəkar müqavilə bağlayıb.

Migel Senteno - 2008-ci ildə 19 yaşında ikən Meksika yığmasına çağırılıb.

Bundan 3 il sonra "Toluka" ilə rəsmi müqavilə bağlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail