"Qarabağ"ın eks hücumçusu İsveç millisində

12.06.2017 | 5012 dəfə oxunub

"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb. Stadium.Az xəbər verir ki, 27 yaşlı hücumçu iyunun 13-də Norveç yığması ilə yoldaşlıq görüşünə çağırılıb.

Armenteros Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşmada meydana çıxsa, əsas millidə debüt edəcək.

2018-ci il dünya çempionatının seçmə mərhələsində Fransa üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra bir çox futbolçuya istirahət verilib. Əvəzində baş məşqçi Yan Andersson bir neçə futbolçunu yoxlamağı qərara alıb. O, ötən mövsümü Hollandiya "Herakles"inin heyətində keçirmiş təcrübəli hücumçuya da dəvət göndərib.

Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub. Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail