"Qarabağ"dan forma məsələsinə açıqlama

13.06.2017 | 5219 dəfə oxunub

Bu gün ölkə mətbuatında "Qarabağ"ın və millimizin futbolçusu Riçard Almeydanın qardaşına hədiyye etdiyi iki formanın fotoları yayıldı. Hədiyyə edilmiş "Qarabağ"ın forması digərlərindən fərqli və üzərində ulduzun olması istər-istəməz yeni mövsüm üçün hazırlandığını düşünməyə vadar edirdi. Bundan başqa, həmin formanın dizaynı bir çox azarkeşlərin narazılığına səbəb oldu. Belə ki, formanın üzərində qırmızı rəngli zolağın olması azarkeşləri hiddətləndirdi.

Məsələyə "Qarabağ"ın baş meneceri Asif Əsgərov aydınlıq gətirib. Yeni forma üzərində qırmızı zolağın olmayacağını bildirdi:

"Sözün düzü, Riçard Almeydanın hansı formanı hədiyyə etdiyini bilmirəm, amma onu deyə bilərəm ki, bizim yeni formamızın üzərində qırmızı xətt yoxdur, yanlış məlumatdır".

O, yeni mövsüm üçün sifariş verdikləri formalar barəsində də məlumat verib:

"Yeni mövsüm üçün "Adidas" firmasının 2017-ci il modeli olan formalardan istifadə edəcəyik. Həmin formaların üzərində də qırmızı zolaq yoxdur".

"Qarabağ" yeni mövsüm üçün olan formalarının üzərində ölkədə 5 çempionluq qazandıqları üçün 1 ulduz olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail