Əliyar Ağayev çaş-baş qalıb

14.06.2017 | 5005 dəfə oxunub

"Birinci kateqoriyalı hakimlər siyahısına keçə bilməməyimin səbəbi özümə də maraqlıdır". Stadium.Az xəbər verir ki, bunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib.

UEFA Hakimlər Komitəsinin 2017-2018 mövsümü üçün açıqladığı siyahıda ikinci kateqoriyalı referilər siyahısında qalan Ağayev bildirib ki, birinci kateqoriyaya irəliləyəcəyini gözləyirdi: "Fevralda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi təlim-məşq toplanışında yüksək səviyyədə iştirak etmiş və normativlərdən də uğurla keçmişdim. Həm də təyinat aldığım oyunlardan yüksək qiymətlər almışdım. Gözləyirdim ki, yeni mövsümdən birinci kateqoriyalı referilər siyahısında olacağam. Amma siyahı ilə tanış olduqda 4 nəfərin birinci kateqoriyaya keçdiyini, 2 nəfərin isə elitdən birinci kateqoriyaya endiyini gördüm. Adımın yenə ikinci kateqoriyalılar siyahısında qalmasına səbəb tapa bilmirəm".

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun hazırda Bakıda olmadığını deyən Ağayev məsələyə yaxın müddətdə aydınlıq gələcəyinə ümid etdiyini bildirib.

Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi hələ 2016-cı ilin sonlarında gözlənilirdi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA Hakimlər Komitəsinin Azərbaycan üzrə kuratoru Nikolay Levnikova istinadən demişdi. Lakin qışda da siyahıda dəyişiklik baş verməyincə, Məmmədov iyunda irəliləyişin mütləq gerçəkləşəcəyini açıqlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail