Fuad Musayev vəfat edib

17.06.2017 | 5870 dəfə oxunub

AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib. Stadium.Az xəbər verir ki, Musayevin böyrək çatışmazlığından əziyyət çəkdiyi və Moskvada dünyasını dəyişdiyi bildirilir.

Musayev 1992-ci ildə təsis edilən AFFA-nın ilk prezidenti olub. O, 2003-cü ilə kimi Azərbaycan futboluna rəhbərlik edib.

11 yanvar 1938-ci ildə Bakıda anadan olmuşdur. Atası Şuşadan, anası Gəncədəndir.

6-cı rus məktəbini qurtarıb, inşaat fakültəsində oxuyub.

12 yaşından idmanla məşğul olub.

1952-ci ildən futbol və voleybol oynamağa başlayıb.

1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunmuşdur. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşımışdır. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışıb.

1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik etmişdir.

1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

Fuad Musayev 16 İyun 2017-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada böyrək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail