"Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər”

18.06.2017 | 5370 dəfə oxunub

"Bu oyun Avropa Liqası matçları ərəfəsində vacib bir məşq idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər”.

Stadium.Az xəbər verir ki, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze “Vitorul”la yoxlama oyunundan (2:1) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis futbolçularından hərtərəfli razı qaldığını bildirib: “Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər”.

Z.Svanadze sonda Bolu toplanışını dəyərləndirib: “Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik .Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail