Dünyada ən yaxşı klub "Real", Azərbaycanda "Qarabağ"dır

22.06.2017 | 6470 dəfə oxunub

1955-2017-ci illər arasında UEFA bayrağı altındakı yarışlarda əldə etdiyi nəticələrə görə ən uğurlu klubların siyahısı açıqlanıb.

Stadium.Az  xəbər verir ki, siyahıya Çempionlar Liqasının son qalibi Madrid “Real"ı başçılıq edir. 2-ci pillədə Almaniya nəhəngi “Bavariya" yer alıb. "Real"ın əzəli rəqibi “Barselona” isə 3-cü pillədə qərarlaşıb.

Siyahıda Azərbaycan təmsilçiləri də yer alıb. Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 155-ci pillədə qərarlaşıb. "Neftçi" isə 162-cidir. Digər təmsilçilərimiz - "Bakı" 260-cı, "İnter" 287-ci, "Şəmkir" 377-ci və fəaliyyətini dayandıran "Xəzər Lənkəran" 403-cü pillədə yer alıb.

Siyahıda Türkiyə təmsilçilərindən ən yaxşı nəticə “Qalatsaray”a məxsusdur. “Sarı qırmızılar” 19-cu yerə layiq görülüb. "Fənərbaxça" 45-ci, "Beşiktaş" isə 58-ci yerdə məskunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail